Azərbaycan tarixi kitabı erməni bayrağı rəngində - FOTO

5 Fevral 2015 17:39

Azərbaycan tarixi haqqında nəşr olunmuş kitabın üz qabığı Ermənistan bayrağının rənglərinə bürünüb

Aznews.az xəbər verir ki, ali məktəblərə hazırlaşanlar üçün nəşr olunmuş kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edilib. Kitaba baxan kimi insanın diqqətini çəkən rənglər Ermənistan bayrağını yada salır.

Məhz tarix kitabının tariximizi saxtlaşadırmağa cəhd göstərən düşmən ölkənin bayrağı rəngində olması ölkəmizə qarşı təhqir kimi qəbul edilə bilər.

Qeyd edək ki, "Didaktika" Nəşriyyatının çap etdirdiyi kitab ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və TQDK-nın ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb və 3 AZN-ə satılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.