Şəkidə yanğın olub

4 Fevral 2015 15:06
"KANAL S" (Region TV) xəbər verir ki, bu gün Şəkidə yanğın hadisəsi qeydə alınıb. Yanğın saat 13 radələrində rayonun Kosalı kəndində, Şirinov Taleh Ələkbər oğluna məxsus ərazidə baş verib. Yanğın nəticəsində iki tövlə arasındakı ərazidə 500 ədəd ot tayası yanıb. Nəticədə zərərçəkənə 3000 manat dəyərində ziyan dəyib. Hadisə yerinə dərhal FHN-in Şəki rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafda yerləşən tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

Milli.Az