Dünyanın ən baha alması

9 Yanvar 2011 12:58
Milli.Az xzəbər portalı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, ABŞ-ın "Apple" şirkəti tarixində ilk dəfə olaraq, dünyanın ən bahalı şirkətləri reytinqində ikinci pilləni tutub. Belə ki, mütəxəssislər hazırda bu şirkəti 300 milyard dollar dəyərində qiymətləndirirlər.

Qiymətli kağızlar bazarında şirkətin bir səhminin qiyməti 330 dollara kimi yüksəlib.
Qeyd edək ki, dünyanın ən bahalı şirkəti "Exxon Mobil" neft korporasiyasıdır. Ekspertlər bu şirkəti 368 milyard dollar dəyərində qiymətləndirirlər.

Milli.Az