Azərbaycanda canavarlar kəndə soxuldu

31 Yanvar 2015 12:15
Ağstafa rayonunun Dağkəsəmən kəndinə canavarlar hücum edib

Kəpəz TV (Region TV) xəbər verir ki, yırtıcılar xırdabuynuzlu heyvanları məhv edə bilməsələr də 2 baş uzunqulağı parçalayıblar.

Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün öncə də gecə saatlarında canavar sürüsü kəndə hücuma keçib. Əsasən kənd qəbristanlığının yaxınlığında şikarlarını parçalayan bu heyvanlar Dağkəsəmən sakinlərini ciddi narahat edir. Onlar canavarların insanlara hücum edə biləcəyindən qorxurlar.

Milli.Az