Skype-da iki yenilik var

15 Aprel 2015 08:24
Skype Translator tərcümə servisinə daha iki yeni dil əlavə olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Skypeda şifahi maşın tərcüməsi funksiyası yenilənib və bu günədək mövcud olan ingilis və ispan dillərinə italyan və Çin dilinin mandarin ləhcəsi əlavə olunub.

Bundan başqa, yenilənmədən sonra yazılı məlumatların tərcüməsi üçün yeni dillər - serb, Bosniya, xorvat, maya və otomi (nadir hind dilləri) peyda olub.

Milli.Az