Milli.Az 4charx.com-a istinadən bildirir ki, Pagani Zonda 760 Roadster kuzovu rəsmi olaraq Zonda -nın vida variantı hesab edilən 800 at güclü Zonda Revolucion modeli kimi göy və rənglənməmiş karbondan hazırlanıb. Bütün "yeddi yüz altmışlar" kimi yeni supercar da Mercedes-Benz istehsalı olan 760 at güclü 7,3 litrlik V12 mühərriklə təchiz edilib. Sekvental ötürücü qutu isə Luis Hamiltona məxsus Zonda 760 LH avtomobilində olduğu kimi adi "mexaniki" ötürücü qutu ilə əvəz edilib.
Pagani Zonda 760 model sırasına 760 RS, 760 LH, 764 Passione, 760 Fantasma, 760 X və 760 LM avtomobilləri daxildir. Zonda -dan başqa Pagani Huayra superkarı da buraxır.
Milli.Az
