APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirib. V.Abroskin separatçıların şəhərin Kiyev, Olimpiya və 1 May küçələrindəki yaşayış binalarını hədəf aldığını deyib: "Hadisə yerində operativ istintaq qrupu işləyir, milis həyəcan siqnalı ilə ayağa qaldırılıb".Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 dinc sakin həlak olub



