Yenə ov tüfəngi, yenə xəsarət

24 Yanvar 2015 13:20
İmişli rayonunun Hacırüstəmli kəndində Qızılkənd kənd sakini Amil Allahyarov ov edərkən tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə həmkəndlisi Qismət Səfərova əl nahiyəsindən xəsarət yetirib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan "MR-155" markalı tüfəng götürülüb.

Q.Səfərov xəstəxanaya yerləşdirilib.

Milli.Az