Dövlət Komissiyasından Trend-ə daxil olan məlumata görə, görülmüş işlərin yekunları barədə çıxış edən Dövlət Komissiyasının katibi Firudin Sadıqov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və onun İşçi qrupunun hesabat dövründə qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətin davam etdirildiyini bildirib. Əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər səbəblərdən həyatını itirmiş insanların meyitlərinin qaytarılması işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar proses həyata keçirib.Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib

