Bərdədə məcburi köçkün qətlə yetirildi
24 Yanvar 2015 10:52
Bərdə rayonunda qətl törədilib
Bərdə Rayon Prokurorluğundan
APA
-ya verilən məlumata görə, hadisə rayonun Xəsili kəndində qeydə alınıb.
Kəlbəcər rayonundan olan məcburi köçkün
İnqilab Hüseynov
naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Baş vermiş hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az