Bələdiyyə binası və mədəniyyət evi anidən alışdı - YENİLƏNİB - VİDEO

24 Yanvar 2015 14:41

14:41

Zaqatala rayonun Maqov kəndində baş verən yanğın söndürülüb.
Yanğın zamanı 400 kv metr ərazinin 60 kv metri yanıb. Yanğınsöndürələrin səyi nəticəsində yanğın söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

---------
10:33


Zaqatala rayonunun Maqov kəndində yanğın hadisəsi baş verib. Kanal S (Region TV) xəbər verir ki, səhər saatlarında kəndin bələdiyyə binası və mədəniyyət evi anidən yanmağa başlayıb.

Hadisə yerinə dərhal Zaqatala DYMH-nin 3 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınan zaman bir nəfər yanğınsöndürən xəsarət alıb. Hazırda yanğın davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır.

Milli.Az


----------
13:36

Videonu izləmək üçün şəkilə klikləyin.

фото