"Vobayı "Petrolul"a dəvət etmişəm"

24 Yanvar 2015 10:28

"Julius Vobayı "Petrolul"a dəvət etmişəm".
 

Milli.Az xəbər verir ki, bu sözləri qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə "Petrolul"un baş məşqçisi Mirça Rednik deyib.

52 yaşlı mütəxəssis bildirib ki, transferlə bağlı afrikalı yarımmüdafiəçi ilə danışıqları da olub:
 

"O, mənə "Neftçi" ilə müqaviləsinin bitmək üzrə olduğunu dedi. Mən də onunla birgə işləyə biləcəyimi söylədim".

Milli.Az