Bakı-Şamaxı yolunda yük avtomobili aşdı, ölən var

24 Yanvar 2015 10:13
Bakı-Şamaxı yolunda "FORD" markalı yük avtomobili aşıb, sürücü dünyasını dəyişib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verır ki, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində- Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus "FORD" markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az