İstanbulda evlərin birində silah-sursat anbarı aşkarlandı

24 Yanvar 2015 10:05

Ötən gün İstanbulun Hasköy rayonunda yerləşən evlərin birində çoxlu sayda silah-sursat aşkarlanıb

APA-nın CNN Turk-ə istinadən verdiyi xəbərə görə, bir neçə gün səfərdə olan İstanbul sakini evinə qayıtdıqda həyətindəki kömür qutusunda silah-sursatla dolu bir neçə çanta və kisə aşkarlayıb. Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları torbalarda çoxlu sayda "Kalaşnikov" və "Uzi" avtomatları, "Glock" tapançaları və güllələr aşkarlayıblar. Hadisə yerinə baxış keçirən polis əməkdaşları evin damında da analoji silahlarla dolu çantalar tapıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az