Pentaqon: İŞİD sıralarında 20-30 minədək silahlı döyüşür
24 Yanvar 2015 09:53
İŞİD terror qruplaşmasının sıralarında döyüşən 20-30 minədək silahlı təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir
APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, müvafiq hesablamalar Pentaqonda aparılıb.
"İŞİD sıralarında döyüşən silahlıların dəqiq sayını müəyyən etmək çətindir, bu rəqəm təxminən 20-30 min civarındadır... Silahlılar təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir. Bu rəqəmlər daim dəyişir", - deyə Pentaqon rəsmisi Con Kirbi brifinqdə bildirib.