Həkimlərin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb - FOTO
7 Yanvar 2011 13:38
Milli.Az xəbər portalı Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlara 23 həkim qatılıb. İmtahanlarda iştirak edən həkimlərin 92% uğurlu nəticələr əldə edib.
İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.
Milli.Az

