Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin 2014-cü il üçün olan məlumatına görə, bazar payı müvafiq olaraq 28,2 və 15,2 faiz təşkil edən Samsung Electronics və LG Electronics nəhəng ağıllı televizor istehsalçılarıdır. İki Cənubi Koreya şirkəti bazarın 43,4 faizinə nəzarət edir. Liderlər üçlüyünə 7,6 faizlik göstərici ilə Yaponiyanın Sony şirkəti də daxildir. Sonrakı yerlərdə Smart TV sinfində hər birinin payı 6,7 faizə bərabər olan Çinin HiSense Electric və Skyworth Group qərarlaşıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə dünyada 97 milyon ağıllı televizor buraxılacaq ki, bu da bazarın ümumi həcminin 41,2 faizi deməkdir.
Televizor bazarında 29,2 faiz payla Samsung liderdir. 2014-cü ildə qeydə alınan bu göstərici Cənubi Koreya istehsalçısı üçün rekord göstərici olub. Müxtəlif modelli televizorların satışı üzrə ikinci yerdə LG (16,7 faiz), üçüncüdə Sony (7,9 faiz) yer alıb. Çinin HiSense (5,5 faiz) və TCL (4,6 faiz) şirkətləri liderlər beşliyini tamamlayır.
Yüksək təsvir ölçülü televizorlar seqmentində (Ultra HD, 4K) birincilik ötənilki 34,7 faizlik payla Samsunga məxsusdur. Samsungun ən yaxın izləyiciləri LG (14,3 faiz) və Sony (10 faiz) şirkətləridir. HiSense və Skyworth istehsalçılarında bu göstərici müvafiq olaraq 8,2 və 6,3 faizdir.
Display Search analitiklərinin proqnozuna görə, 2018-ci ilədək 4K modellərinin qlobal televizor bazarında payı 30 faizi ötəcək.
Milli.Az