İndi paytaxt küçələrində ədəbsiz sürücülərin idarə etdikləri tüstülü avtobuslar meydan sulayır. Bu avtobusların yaratdığı səs-küy, buraxdığı qara tüstü sağlamlığımızı əlmizdən alır, sürcüləri isə əsəblərimizi korlayır, ömrümüzü qısaldırlar. Tramvaylara isə nostalgiya kimi baxırıq.Paytaxtın bir zamanlar tramvay adlı mədəniyyəti var idi. Nədənsə mədə niyyətli insanların tamahına tuş gəldi. Çox rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi idi. Şəhərimizə gözəllik qatan, insanların həyatını rahatlaşdıran, ekologiyamızı da təmiz saxlayan tramvaylar illər əvvəl Bakıdan qovuldu