Ölkəmizdə təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görüləcək işlər müəyyənləşib. Dövlət başçısının "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncamı ölkədə təhsil sahəsində prioritet istiqamətləri müəyyənləşdirməklə bərabər çoxminli təhsil işçiləri ordusunun stimullaşdırılması, milli təhsilimizin daha da inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm məsələləri gündəmə gətirib.Əsas diqqət müasir tələblərə cavab verən və şəxsiyyətyönlü təhsilin infrastrukturunun yaradılmasına yönəlib