Söz zərgərləri mahnını yazılı ədəbiyyatın hekayə janrı ilə müqayisə edirlər. Onların fikrincə, hər ikisi yığcam, bütöv və populyardır. Hekayədə konkret bir əhvalat qısa şəkildə nəql edildiyi kimi, mahnı da üç-beş dəqiqə ərzində dinləyicilərə bir hekayəti çatdırmalıdır. Bu mənada, yük daha çox sözün üzərinə düşür. Bir şərtlə ki, sözlə musiqinin uyğunluğu olsun, mahnının mətni düzgün seçilsin, forma və məzmun bir-birini tamamlasın.Mahnılarımızın məna yükü varmı?