Lakin "Urban Armor Gear" şirkətinin istehsalı olan bu keys mühafizə rekordu vurub.
Milli.Az CNet-ə istinadən bildirir ki, şirkət məhsulunun keyfiyyətini göstərmək üçün çox maraqlı sınaq keçirib.
"Urban Armor Gear"li keysə qoyulmuş iPhone 6 smartfonu helium doldurulmuş şara bərkidilib, şar səmaya buraxılıb.
Heliumlu şar 30,2 km yüksəkliyə qalxanda isə avtomatik komanda nəticəsində iPhone 6 şardan aralanıb və aşağı düşüb.
Smartfon 112 km/saat sürətlə, -56 dərəcə temperaturda aşağı düşüb.
Bu hündürlükdən düşməsinə rəğmən, smartfona heç nə olmayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







