Pul səhraya yağış da yağdırar
6 Yanvar 2011 21:13
Milli.Az xəbər portalı "Le Figaro"ya istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliiyinin rəhbərliyinin maliyyələşdirdiyi məxfi layihə nəticəsində Əbu-Dabi bölgəsində bu yay 50 dəfə yağış yağıb.
"Meteo Systems International" şirkətinin prezidenti Helmut Flürerin dediyinə görə, alimlər yağıntıların süni yaradılmasına yönəlmiş yeni texnologiyanı sınaqdan keçirirlər.
Çin və İsraildə tətbiq edilən, səmadakı buludların üzərində gümüş-xloridin səpilməsini nəzərdə tutan metod əvəzinə alimlər səhrada təxminən 10 metr hündürlükdə metal çətirlər quraşdırıblar.
Həmin çətirlər havanı elektriklə "zəngirləşdirir", mənfi ionlar "ixrac" edirlər. Sözügedən ionlar isə havadakı suyun kondensasiyası üçün ideal şərait olan toz hissəciklərinin birləşdirə bilir.
Belə milyardlarla kiçik damlaların formalaşması isə sonradan yağış mənbəyinə çevriləcək bulud yaradır.
112 gün ərzində 74 dəfə işə salınmış qurğu 52 dəfə yağış yaradıb.
Hesablamalar göstərir ki, bu texnologiya ilə 100 milyon kubmetr şirin suyun əldə edilməsi ildə 7 milyon avroya başa gəlir.
Tural
Milli.Az