Yubiley Porsche-si Targa - FOTO

16 Yanvar 2015 18:58
Porsche 911 modelinin variantları artmaqda davam edir. Detroyt avtoşousunda alman istehsalçı yeni Porsche 911 Targa 4 GTS modelini nümayiş etdirib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil 911 Targa -nın 50 illik yubileyinə həsr edilib. Yeni model idman ön bamperə, daha enli arxa qanadlara və ton verilmiş biksenon faralara sahibdir. Avtomobil həmçinin aerodinamik güzgü, idman xaricetmə sistemi və yüngül lehimdən hazırlanmış 20 düymlük qara parıltılı disklər də əldə edib. Salonda alkantara ilə üzlənmə və Sport Plus kürsüləri təklif edilir.

Məhsuldarlığa 430 a.g. və 440 Nm fırlanma anı hasil edən 3,8 litrlik altı silindrli mühərrik cavabdehdir. Onun köməyi ilə avtomobil 0-96 km/saat sürətlənməyə 4,1 saniyə (0-100 km/saat - 4,3 saniyə) vaxt sərf edir. Maksimal sürət saatda 300 kilometrə bərabərdir.

Porsche 911 Targa 4 GTS bu ilin martında 137 422 avro (ƏDV daxil) qiymətlə Almaniyada satışa çıxarılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.