İki nəhəng nişanını dəyişir - FOTO
6 Yanvar 2011 14:56
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, dünyanın ən böyük şirkətləri arasında yer alan "Pepsi" və "Starbucks" korporasiyaları ticari nişanlarını (loqo) dəyişirlər.
"Pepsi"nin yenilədiyi yeni loqosu bu yaxınlarda artıq istifadəyə veriləcək. "Starbucks"un isə içərisindən yazıların çıxarıldığı yeni loqosundan bu il İngiltərədə istifadə edilməyə başlanacaq.
"Pepsi" loqosunun yenilənməsi ilə bağlı çalışmalarını aprel ayınadək başa vurmağı düşünür. Xatırladaq ki, 111 illik tarixi ərzində "Pepsi" artıq 10-cu dəfə loqosunu dəyişib.
"Starbucks"un loqosunda isə ilham pərisi korporasiyanın ticari nişanının rəsmi siması olacaq.
Milli.Az