Hakerlərə qarşı aviaşirkətlərdən istifadə olunacaq

16 Yanvar 2015 19:39
Symantec antivirus şirkəti hakerlərdən korporativ mühafizə vasitələrini təkmilləşdirmək məqsədilə aparıcı aviasiya və kosmik texnika istehsalçısı Boeing aviaşirkətinə yardım üçün müraciət edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət Boeingin kibertəhlükəsizlikdə ixtisaslaşan Narus bölməsinin məlumat emalı və təhlili üzrə 65 mühəndis və mütəxəssisini işə götürəcək. Bundan başqa, antivirus tərtibatçısı Narus texnologiyalarından istifadə hüququ əldə edəcək. Sövdələşmənin dəyəri barədə məlumat verilmir.

Boeing tərəfindən 2010-cu ildə satın alınan Narus xüsusi xidmət orqanlarının ehtiyaclarına görə internet kontentinin filtrasiyası üçün nəzərdə tutulan proqram təminatı istehsalçısıdır.

Sazişin şərtlərinə görə, Narus işçi heyətinin əksər hissəsi Symantec şirkətinə keçəcək. Antivirus tərtibatçısına keçən əməkdaşlar kibertəhdidlərlə mübarizə məhsullarının yaxşılaşdırılması üçün iritutumlu məlumatların (Big Data) analizi texnologiyası ilə məşğul olacaq.

Milli.Az