Sarıqamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərindir. Sarıqamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə baxmayaraq Sarıqamış torpaqlarını düşmən işğalından əbədi azad etdi. Tarixdəki Sarıqamış hərəkatı rus işğalı altındakı Qars, Sarıqamış və Ərdəhan vilayətlərini qurtarmaq, Qafqaz və Orta Asiyada yaşayan Türk ellərinə Türkiyənin qapısını açmaq məqsədilə başladılmışdı. Bu o vaxt idi ki, çar Rusiyası həmin vilayətlərdə yaşayan türkləri ermənilərin ixtiyarına vermiş, onlara hər cür işgəncə verməsinə şərait yaratmışdı. Bölgəyə yerləşdirilən erməni çətələri türklərə qarşı amansız terror həyata keçirir, qadınları və uşaqları qətl edirdilər. Əslində, bu cür ağır bir durumda Türk Ordusu Qafqaza girməyə məcbur idi. Baxmayaraq ki, rusun topu-topxanası, canlı qüvvəsi çox, əsgərinin də qarnı tox idi."Sarıkamış Harekatı, bir dram değil, bir kahramanlık destanıdır. Orada, savaş tarihinde benzeri görülmemiş bir emre itaat yaşanmıştır"