Şok doğuran mənzərə: şəhəri yer üzündən sildilər - FOTO

15 Yanvar 2015 10:15

Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının mənsubları son 4 gündə 16 yaşayış məntəqəsini viran qoyaraq 2 mindən artıq insan öldürüblər.
 

Məhv edilən, yandırılan şəhərlərlə kəndlər arasında Baqa, Doron-Baqa, Mile-4, Mile-3, Kauyen-Kuros və Bunduram da var.

Qırğından qurtulmaq üçün qaçan minlərlə yerli sakin Çad gölündəki adalarda gizlənir.
 

Milli.Az CNN-ə istinadən bildirir ki, "Boko Haram" Baqa şəhərində hərbi bazanı və Afrika Beynəlmiləl Sülhməramlı Qüvvələrinin qərargahını ələ keçirib.

Son məlumatlara görə, "Boko Haram"ın son hücumlarında 2500 nəfər həlak olub, 3740 ev yandırılıb.
 

Ölkənin şimal-şərqindəki şəhərlərdən biri ümumiyyətlə, yer üzündən silinib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.