Ermənilər "Gürcüstan kartı" ilə oynamağa çalışırlar
14 Yanvar 2015 10:36
"Rusiyanın Cavaxeti diasporu" Gürcüstan hökumətindən ermənilərin "problemlər"ini həll etməyi tələb edir. Bəli, məhz tələb edir. Xeyr, bu, "söz ekvilibristikası" deyil, həqiqətdə baş verir.
Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən bir təşkilat Gürcüstanın daxili işlərinə qarışmağa çalışır. Nə üçün? Qonşuların ərazisini ələ keçirmək cəhdindən ibarət olan ermənilərin əbədi fiks ideyasının reallaşdırılması üçün.
Hazırda ermənilər Gürcüstan ərazisinin bir hissəsini işğal etmək üçün bu ölkədə müharibə meydanı yaratmağa çalışırlar. İnanmırsınız? Buyurun, bu təşkilatın bəyanatından qeydləri oxuyun: "Gürcüstanda dövlət çevrilişi olarsa, Samtsxe-Cavaxeti diyarını hər hansı bir dövlətdən kənar suveren ərazi elan etmək, yeni legitim hakimiyyət orqanlarının formalaşmasınadək diyarın müvəqqəti icra hakimiyyətlərini yaratmaq" və s.
Ermənilər Gürcüstanda dövlət çevrilişini necə təsəvvür edirlər? Onlar bunu konkret göstərirlər - ölkədə siyasi böhran, hakimiyyət dəyişikliyi və növbədənkənar parlament seçkiləri olarsa, tərəfdarlarını "bütün mümkün üsul və vasitələrlə İrakli Qaribaşvilinin başçılıq etdiyi Gürcüstan hökumətini dəstəkləməyə" çağıracaqlar.
Yəni, yeni separatçıların (onları başqa cür adlandırmaq çətindir) fikrincə, Gürcüstan xalqı parlament və ona lazım olan parlament seçkiləri məsələsi üzrə onlarla məsləhətləşməlidir.
Bu fəaliyyətin daha bir məqsədi var. Hazırda dərin böhranda olan Ermənistan öz xalqını yayındırmağa çalışır. Nəzərə alsaq ki, çörək yoxdur, yerdə yalnız tamaşa təqdim etmək qalır. Dünya erməniləri üçün sevimli tamaşa nədir? Əlbəttə ki, dünyanın istənilən yerində, Gürcüstanda, Avropada və Afrikada olduğu fərq etməz, "incidilmiş bütün ermənilərin acınacaqlı taleyi"nə ağlamaq. Bunun üçün ermənilərin "pozulmuş hüquqları" obrazını yaratmaq lazımdır və şou hazırdır.
Lakin unutmaq lazım deyil ki, hazırda Ermənistanın həyata keçirdiyi istənilən fəaliyyət Azərbaycana da yönəlib. Əgər 90-cı illərin əvvəllərində ermənilər özlərini fəlakətə məruz qalmış kimi göstərə bilirdilərsə, hazırda dünya informasiya blokunun yarılması sayəsində bilir ki, əslində ermənilər Dağlıq Qarabağda nələr törədiblər və məhz onlar işğalçıdırlar. Və ermənilər informasiya müharibəsində mövqeləri qaytarmaq üçün Gürcüstana hücuma keçiblər.
Unutmaq olmaz ki, Gürcüstanın və Azərbaycanın Türkiyə ilə reallaşdırdığı strateji layihə Samtsxe-Cavaxeti ərazisindən keçir və bu ölkələr üçün Ermənistan köhnə düşməndir.
İstənilən halda Gürcüstan baş verənlərə daha diqqətlə yanaşmalıdır. Birincisi, gürcülər regionun tarixini və ermənilərin bu siyasətinin bütün nəticələrini yadda saxlamalıdırlar. İkincisi isə Gürcüstan separatçılığın və ərazi işğalının nə olduğunu bilir.
Elçin Mehdiyev
Trend - Azərbaycan xəbərlər xidməti