ABŞ-ın Hərbi-Hava Qüvvələri (United States Air Force, USAF) uçan naməlum obyektlərlə (UNO) bağlı arxivinin bir qismini açıq elan edib.
Maraqlananların internetdə tanış ola biləcəkləri fayllar ABŞ HHQ-nin 1947-1969-cı illərdə UNO-larla bağlı apardığı qeydlər və hazırladığı hesabatlardır.
Milli.Az OpenMinds-ə istinadən bildirir ki, həmin araşdırmalar "Project Blue Book" adı ilə 1970-ci ilədək aparılıb.
"Tam məxfi" qrifindən çıxarılmış sənədlərdə təxminən 700 fakt "sonadək aydın olmayan hadisə" kimi dəyərləndirilir. Bu isə sənədlərdəki faktların təxminən 5,5 faizini təşkil edir.
Amerikalı hərbçilər UNO-larla bağlı 12618 müşahidənin sonuclarını hesabatda əks etdiriblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.