Bakının bu yolları dünyada fərqlənəcək

13 Yanvar 2015 20:51

Paytaxt küçələri ilə uzanacaq yol reallıqda xeyli cəlbedici görünəcək

"2016-cı ildə Bakıda ilk "Formula-1" yarışının keçiriləcəyi yol sxemdə olduğundan daha cəlbedici görünəcək".

Anspress-in məlumatına görə, bunu layihəçi German Tilke bildirib.

G.Tilkenin sözlərinə görə, Azərbaycan paytaxtının küçələri ilə uzanacaq yolun halqası reallıqda xeyli cəlbedici görünəcək:

"Siz yolu üç ölçüdə görə bilərsiniz və bunu şəkillərdən anlamaq çətindir. O, köhnə şəhərə doğru yoxuşa qalxır, sonra XIII əsrə aid qala divarlarının yanından keçir. Bu, mövcud yollardan keçən müvəqqəti yol olacaq. Biz hamısının yox, onlardan bəzilərinin örtüyünü dəyişəcəyik. Yol çox sürətlidir və o, dünyadakı digər şəhər yollarından tamamilə fərqlənir. Yol Monako və ya Sinqapurdakı kimi deyil. Bu, nəsə tamamilə fövqəladə bir şey olacaq".

Milli.Az