"Niva" və "07" sevənlərə bəd xəbər

13 Yanvar 2015 13:59
Rusiyanın "AvtoVAZ" konserni yanvarın 15-dən "Lada" markalı avtomobillərin qiymətini 9% artıracaq
APA-nın xəbərinə görə, bunu konsernin prezidenti Bu Anderson Rusiyanın TASS agentliyinə bildirib.
 
Onun sözlərinə görə, bahalaşmaya səbəb dollar və avronun Rusiyada məzənnəsinin artmasıdır.
 
"Biz bu addımı atmaq məcburiyyətindəyik. Ümid edirdik ki, Rusiya iqtisadiyyatındakı vəziyyət tezliklə düzələr, lakin bu, baş vermədi", - deyə B. Anderson bildirib.

Milli.Az