O, Priston Universitetində informatika fakültəsini bitirdikdən sonra Uoll-Stritdə işləməyə başlayıb. Daha sonra iş yerini dəyişdirərək kiçik Fitel şirkətində çalışmağa başlayıb və sonuncu üçün beynəlxalq ticarət şəbəkəsi yaratmağa səy göstərib. Lakin Bezos müəyyən müddətdən sonra başa düşüb ki, sözügedən şirkəti beynəlxalq səviyyəyə çıxartmaq mümkün olmayacaq və D.E. Shaw & Coya getmək qərarı verib. Orada vitse-prezident vəzifəsində çalışıb.
O, 1994-cü ildə Amazon.com internet mağazasını təsis edib. Mağazada ilk öncə yalnız kitablar satılıb, 4 il sonra musiqi və videodisklər, daha sonra isə oyuncaq, geyim, mebel, texnika satışlarına başlanılıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Amazon dünyanın ən böyük internet mağazasıdır. 2011-ci ildə onun satış həcmi 48,08 milyard dollar olub.
Ceff Bezos, həmçinin super orbital raket istehsalı ilə məşğul olan Blue Origin kosmik şirkətinə sərmayə yatırır.
Milli.Az