Şabranda iki maşın toqquşub: 1 ölü, 4 yaralı
12 Yanvar 2015 09:09
Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, 10 SH 313 dövlət nömrə nişanlı "VAZ 2106" markalı maşınla "Nissan Tiida" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ 2106"da olan Azad adlı bir nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar "Nissan Tiida"nın sürücüsü Məmmədov Ehtiram Məmmədhüseyn oğlu, "VAZ 2106"da olan Əliyev Emin Vahid oğlu, Məhərrəmov Rafael Feyruz oğlu və Nadirov Rəsul Elman oğludur.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az