Raykaard "Barcelona"ya cavab verdi
11 Yanvar 2015 15:03
"Barcelona"da yaşanan Messi - Luis Enrike konfliktindən sonra rəhbərliyin yeni baş məşqçi axtarışına başladığı deyilir. Katalon klubunun bir neçə nüfuzlu futbolçusu Frank Raykaardı qaytarmağı təklif edib. Goal.az "AS" nəşrinə istinadən xəbər verir ki, holland mütəxəssis perspektiv vəd etməyən qısamüddətli işlərə qol qoymaq istəməyib.
52 yaşlı Raykaardın son iş yeri Səudiyyə Ərəbistanı milli komandası olub. 2013-cü ildə postunu tərk edən Raykaard 2014-cü ilin martında məşqçilik karyerasını başa vurduğunu bildirmişdi.
Qeyd edək ki, "Barcelona" rəhbərliyinin ən çox Yupp Haynkesin namizədliyi üzərində dayandığı bildirilir. Katalonlar artıq 69 yaşlı mütəxəsislə təmasa da keçiblər.
Milli.Az