iOS 8-dən kimlər istifadə edir?

9 Yanvar 2015 20:56
Appleın statistikasına əsasən, yanvarın 7-nə iOS 8 mobil əməliyyat sistemi iPhone, iPod və iPad qurğularının 68 faizinə quraşdırılıb.

Şirkət sonuncu dəfə iki həftə bundan əvvəl iOS müxtəlif versiyalarının statistikasını dərc edib. O vaxtdan mobil platformanın son versiyasının bazar payı 4 faiz artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iOS 8 mobil əməliyyat sisteminin yayılma səviyyəsi artaraq 70 faizə yaxınlaşır. 29 faiz göstəriciyə malik iOS 7 platforması ikinci pillədədir. Sistemin köhnə versiyalarının birgə bazar payı 4 faiz təşkil edir. 

Milli.Az