Milli.Az 4charx.com-a istinadən bildirir ki, IIHS artıq ardıcıl altımcı ildir ki, bütün Subaru modellərinə yüksək təhlükəsizlik reytinqi təqdim edir.
Beş model ən yüksək "Top Safety Pick+" reytinqi qazanıb. Bunlar Subaru Forester, Legacy, Outback, Impreza və XV Crosstrek modelləridir. Bu avtomobillər EyeSight Driver Assist opsional sistemlə təchiz ediliblər. Məhz bu sistemin sayəsində modellər üz-üzə toqquşmanın öncədən xəbərdarlıq edilməsi sınaqlarını uğurla keçə biliblər.
Texnologiyaya adaptiv kruiz-kontrol, fövqəladə tormozlanma sistemi, hərəkət zolağının hüdudlarından kənara çıxılması haqqında xəbərdarlıq sistemi və avtomobillər, piyadalar və velosipedlər kimi obyektlərin aşkar edilməsi üçün stereokameralar daxildir.
Milli.Az