S60 Cross Country göstərildi - FOTO

11 Yanvar 2015 18:16
Yolsuzluq şəraitində hərəkət imkanları artırılmış universallar avtomobil sənayesində qeyri-adi deyillər və təəccüb doğurmurlar. Analoji modelləri Audi, Volkswagen, Opel, Citroen və Peugeot artıq buraxırlar. Amma İsveç brendi Volvo daha da irəli gedərək rəsmi olaraq yolsuzluq şəraitində hərəkət imkanları artırılmış sedan - S60 Cross Country təqdim edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, özlüyündə unikal olan bu maşın bu günlərdə təqdim edilib. İsveçlilərin yeni avtomobilinin ictimai debütü bir neçə gündən sonra əzəmətli Detroyt avtosalonunda baş tutacaq. Yolsuzluq sedanı xüsusi olaraq işlənib hazırlanmış tökmə disklər (18 və 19 düym), kuzovun əlavə qorunması və xeyli artırılmış yol səthindən ara məsafəsi əldə edib.

Volvo S60 Cross Country yolsuzluq sedanının Avropada rəsmi satışları bu ilin yayında başlanacaq. Avtomobil haqqında daha ətraflı məlumatı Detroyt avtosalonu zamanı əldə etmək mümkün olacaq. Daha sonra avtomobil Cenevrəyə gətiriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.