Audi TT RS gözəl tüninq edildi - FOTO

11 Yanvar 2015 21:08
Əvvəlki nəsil Audi TT RS daha yeni modellərin çıxması ilə bir qədər köhnəlib. Ancaq onu xüsusi aksessuarların köməyi ilə təravətləndirmək mümkündür. Lars K Design şirkəti də məhz belə edib. Yığcam idman kupesi yeni kuzov asması və eksklüziv konstruksiyalı disklər əldə edib. Bundan başqa avtomobilin ağırlıq mərkəzi dəyişdirilib və tərtibatı yenilənib. Nəticədə o xüsusilə unikal və öz xarakterinə uyğun daha aqressiv görkəm alıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bodi-kitin ən çox nəzərəçarpan elementi enli təkər tağlarıdır. Ondan başqa asmaya yenidən işlənmiş bamperlər və fərqli yan ətəklər də daxildir. Alçaq klirens 7 milli Rohana RC7 təkər disklərinə geyindirilmiş enli və alçaq profilli şinlərlə çox yaxşı uyğunlaşır. Əyləc sisteminin tutqacları isə narıncı rəngdədir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.