Azərbaycanda çox nadir sənət adamları var ki, oxuduğu bütün mahnılar müasir dillə desək, hit olur, populyarlaşır. Elə həmin mahnılar da sənətkarla birgə tarixə dönür. Fikrimcə, Oqtay Ağayev məhz belə sənətkarlardandır. Hərçənd ömrünün sonlarında da layiq olduğu qiyməti ala bilmədi. Elə gənclik illərində də yetərincə haqsızlıqlarla üzləşmişdi. Hətta Rəşid Behbudov ona "Camayka"nı oxumağı qadağan etmişdi. Bütün bunlar barədə az sonra ..."Yadındamı ötən günlər", "Ver mənim eşqimi", "Sən, ey uşaqlıq"... və onlarla bu cür həmişəyaşar mahnılar, yəqin ki, hər birinizin xatirindədir








