PlayStation 4 rekord vurur

8 Yanvar 2015 19:57
Sony şirkətinin nümayəndələri PlayStation 4 oyun qurğusunun satışa çıxarıldığı 2013-cü ilin payızından satış həcminin 18,5 milyon təşkil etməsini bəyan ediblər.

Bu sayın 4,1 milyonu noyabrın sonundan yanvarın 4-dək Yeni il ərəfəsi satışların payına düşüb. Həmçinin qurğu üçün 81,8 milyon oyun satılıb, PlayStation Plus servisinin abunəçilərinin sayı 10,9 milyonu ötüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiya şirkəti yanvarın 13-dən etibarən ABŞ və Avropa ərazisində PlayStation Now servisinə abunəni istifadəyə verməyə hazırlaşır. İlk vaxtlar servis yalnız PlayStation 4 qurğusunun oyunları ilə uyğunluq təşkil edib. Hazırda isə PS3 üçün oyun axınlarının yayımını onları yükləmədən və quraşdırmadan etmək mümkündür.

PS3 üçün 100 oyunun yer aldığı (oyunların ümumi sayı 800-ə yaxındır) PlayStation Now üçün aylıq abunə haqqı 20 dollar, birdəfəlik üçaylıq abunə 45 dollar təşkil edəcək.

Sony PlayStation Vita portativ oyun qurğusunun satış həcminı açıqlamayıb. Bu, qurğunun qeyri-qənaətbəxş satışı ilə izah edilir.
 

Milli.Az