Azərbaycanlı gənc avtomobil yığdı - VİDEO

7 Yanvar 2015 16:27
25 yaşlı Sübhan deyir ki, bu əl işi ona 18 min manata başa gəlib
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Azərbaycanda gənc usta əməlli-başlı bacarıq nümayiş etdirib. Dünyanın ən bahalı avtomobillərindən olan "Ferrari"nin bənzərini yaradan 25 yaşlı Sübhan bu uğura necə nail olmasını, gələcək planlarını əməkdaşımızla bölüşüb. Yüksək sürətlə hərəkət edir, ətrafda qulaq batıran səs effekti yaradır. İlk baxışda insan özünü ralli yarışlarının keçirildiyi meydanda hiss edir.

Amma bura nə həmin meydandır, nə də avtomobil Formula 1 yarışlarında gördüyümüz "Ferrari". Hələ kiçik yaşlarından avtomobilə olan həvəsi Sübhanı cəmi 3 il ərzində belə avtomobil düzəltməyə həvəsləndirib. Maşını düzəltməyə hələ 2007-ci ildən başlamaq istəsə də, maddi vəziyyəti imkan vermədiyinə görə işə 2011-ci ildə start verib. 25 yaşlı avtomobil ustası deyir ki, bu əl işi ona 18 min manata başa gəlib. Avtomobillə bağlı isə Sübhanın xüsusi planları var. İndi o, zəhmətinin bəhrəsini görməyi düşünür.

Gələcək üçün də Sübhanın planları çoxdur. Hazırda o klassik avtomobillərin sərgisinə qatılmaq istəyir. Əsas istəyi isə yanacağa qənaət edən "elektro car" tipli avtomobil düzəltməkdir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото