Tanınmış aparıcıdan nazirliyə müraciət: "Söyüş yazın"

7 Yanvar 2015 14:57
Teleaparıcı Aytən Səfərova "Salam, Azərbaycan" verilişində Nəqliyyat Nazirliyinə müraciət edib
Milli.Az movqe.az-a istinadən xəbər verir ki, teleaparıcı insanların piyada keçidindən istifadə etməsi üçün keçidlərə söyüş yazılmasını təklif edib:

"Keçiddən istifadə etmək mədəniyyətdir, amma bu mədəniyyət bizdə yoxdur. İnsanlar keçiddən istifadə etmirlər, sonra da kiminsə atası, anası, balası olan sürücü həbsxanaya düşür. Məsələn, nə söyüş yazıla bilər? Keçiddən keçməyən keçidir. Məndən bir qafiyə".

Milli Televiziya və Radio Şurası (MTRŞ) isə məsələyə münasibət bildirməkdən imtina edib. Şuradan bildiriblər ki, MTRŞ bu mövzu ilə bağlı münasibət bildirməyi məsləhət bilmir. 

Milli.Az