Azərbaycanda görünməmiş hadisə baş verib. Bu dəfə sadə vətəndaş yox, yol hərəkəti qaydalarını pozan yol polisi əməkdaşı cəzalandırılıb. Milli.Az xəbər verir ki, bu barədə avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilir ki, həmin yol polisi əməkdaşı ötən il oktyabrın 27-də Nəsimi rayonu ərazisində - metronun "28 May" stansiyasının qarşısında yol hərəkəti qaydasını pozub. Oxucu bu pozuntunu telefona çəkərək DYP rəhbərliyinə göndərib və həmin YPX əməkdaşı barəsində tədbir görülüb: "Yol patrul xidməti avtomobili "28 May" metrostansiyasının qarşısındakı birtərəfli yolda əks istiqamətdə hərəkət etdiyinə görə telefonuma həmin görüntünü çəkdim və Baş Dövlət Yol Polisi İdarəsinə göndərdim. Həmin inspektoru məsuliyyətə cəlb etdilər. 4 bal, 100 manat. Çünki həmin yol polisi əməkdaşı sayrışan işıqları qoşmamışdı.DYP avtomobili ilə qayda pozan Rüstəm Murtuzova 100 manat və 4 bal cərimə yazıblar



