Tretyakov Qalereyası Moskvada ən məşhur muzey sayılır. Kremlin yaxınlığında, Moskva çayının sahilində yerləşən bu məşhur ünvanı demək olar ki, tanımayan yoxdur. Sankt-Peterburqda "Ermitaj", Parisdə "Luvr", Madriddə "Prado", Londonda "Britaniya muzeyi" nə qədər məşhurdursa, Tretyakov Qalereyası da Moskva üçün o qədər əvəzolunmazdır. Bu muzey şəhərin vizit kartı, rus incəsənətinin simvolu sayılır. Qalereyada dəyərli rus kolleksiyaları qorunur. Muzey həmçinin sovet incəsənəti və mədəniyyətini özündə əks etdirən minlərlə rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir.Tretyakov Qalereyasını hər gün 10 min insan ziyarət edir