Mitsubishi sürprizlərini nümayiş etdirəcək - FOTO

6 Yanvar 2015 22:48
Tokio avtosalonunda Mitsubishi dörd tüninq layihəsi və bir ralli avtomobili daxil olmaqla cəmi beş model təqdim edəcək. Yeni modellərin təqdimatı 2015-ci ilin 9-11 yanvarında baş tutacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, tüninq-konsept kimi təqdim ediləcək modellərdən biri Outlander PHEV Sports Style Edition Concept-B olacaq. O Outlander PHEV bazasında yığılıb. Modelin kuzovu üzərinə donuq qara plyonka çəkilib və o qara ton verilmiş xrom aksentlər, avtomobilin alt hissəsinin, radiator barmaqlığının və salonun göy rəngli işıqlandırılmasını əldə edib.

Mitsubishi Lancer Evolution X Final Concept isə Lancer Evolution seriyasından son modeldir. Mitsubishi Lancer Evolution X Final Concept mühərrikinin gücü .480 at gücünə bərabərdir.

Bunlardan başqa yapon şirkəti qadın auditoriyası üçün eK Space G-tone Style, KEEN Amerika ayaqabı şirkəti ilə əməkdaşlığın nəticəsi olan yeni Delica D:5 KEEN Yellow və Asia Cross Country rallisi üçün Outlander PHEV modelinin ralli versiyasını da təqdim edəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.