Ən böyük Chromebook göstərildi

6 Yanvar 2015 21:37
Acer şirkəti CES beynəlxalq elektronika sərgisi ərəfəsində 15,6 düymlük xrombukunu elan edib: bu, bazarda öz sinfi üzrə ən böyükölçülü həll olub. Yeni Acer Chromebook 15 xrombuku Chrome OS əməliyyat sisteminin son versiyası ilə işləyir, 1920x1080 piksel təsvir ölçüsünə malikdir və 8 saat müddətində avtonom işləyə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni həllin çıxarılma tarixi hələ ki dəqiq bilinmir, ancaq məlumdur ki, Acer şirkətinin qabaqcıl xrombuku bir neçə konfiqurasiyada əlçatan olacaq. Belə ki, ekran 1920x1080 pikseldən başqa, daha aşağı - 1366x768 piksel təsvir ölçüsünü təklif edə bilər; daxili fləş daşıyıcının tutumu 16 və ya 32 QB, əməli yaddaşın həcmi isə 2 və ya 4 QB təşkil edə bilər.

Intel Broadwell Core i3 və ya Celeron prosessorlarından istifadə oluna bilər. USB 3.0, USB 2.0, HDMI və SD konnektorlar dəsti əlçatandır. Acer Chromebook 15 xrombukunun satış qiyməti 250 dollardan başlanacaq.

Milli.Az