Türkiyə son 6 ildə ilk dəfə Davos forumunda
5 Yanvar 2015 17:39
Türkiyənin Baş naziri Əhməd Davudoğlu İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda iştirak edəcək.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Davos İqtisadi Forumu bu il yanvarın 22-24-də keçiriləcək.
Qeyd edək ki, Türkiyə 2009-cu ildən həmin forumda iştirak etmirdi. O zaman keçmiş Baş nazir və indki Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin dövlət başçısı Şimon Pereslə insidentdən sonra forumu tərk etmişdi.
Milli.Az