Axar.az Lena.ru-ya istinadən xəbər verir ki, "Soni Pikçers" ("Sony Pictures") şirkətinə qarşı kiberhücumu ABŞ-la Şimali Koreya arasında gərginliyi yenidən artırıb. ABŞ kiberhücumunun birgə araşdırılmasından imtina edib.
Yonq məsələ ilə bağlı bunları deyib: "Sanksiyalar onu göstərdi ki, Vaşinqtonun niyyəti düşmən siyasətini davam etdirməkdir. Hər hansı vasitələrlə beynəlxalq aləmdə Şimali Koreyanın reputasiyasını ləkələmək istəyir.
Xatırladaq ki, Şimali Koreya ilə ABŞ arasında münasibətlərin kəskinləşməsinin yeni dalğası Kareya lideri Kim Çen İnlə bağlı "İntervü" filmindən sonra başlayıb. Sanksiya siyahısına 10 məmur, 3 şirkət, həmçinin İran, Suriya, Çin, Rusiya və Namibiyada fəaliyyət göstərən şəxslər salınıb.
Milli.Az