Qruplaşma ötən il Çibok şəhərində 200-dən çox tələbə qızı oğurlamışdı
Nigeriyada "Boko Haram" radikal qruplaşması növbəti dəfə kütləvi oğurluq aktı ilə gündəmdədir.
Anspress-in məlumatına görə, "Evronews" telekanalı qruplaşma üzvlərinin Borno ştatında 40-a yaxın oğlanı oğurladığını xəbər verib. Oğlanlar 15-23 yaşlarında yeniyetmələrdir.
Ötən il "Boko Haram" qruplaşması Çibok şəhərində 200-dən çox tələbə qızı oğurlamışdı.
Adının mənası "Qərb Haram" olan qruplaşma üzvləri qadınların qərb təhsili almasını haram hesab edir. Milli.Az