Bakıda "28 Mall" ticarət mərkəzində yanğın baş verib - YENİLƏNİB - VİDEO - FOTO
2 Yanvar 2015 23:55
23:55
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda "28 MALL" ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxinin dam örtüyündə quraşdırlımış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub.
Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
---------
21:40
Yanğınsöndürənlərin Trend-ə verdiyi məlumata əsasən, Bakının "28 may" metro stansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində yanğın 4-cü mərtəbədə yerləşən restoranların birində, tüstü bacasında baş verib.
---------
21:25
Milli.Az xəbər verir ki, Bakının "28 may" metro stansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində yanğın baş verdiyinə görə, mərkəzə yaxın olan yolda böyük tıxac yaranıb.
---------
21:20
Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakının "28 may" metro stansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
---------
20:44
Bakının Nəsimi rayonunda, "28 may" metro stansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində yanğın başlayıb.
Milli.Az-ın müxbiri xəbər verir ki, hadisə yerinə 6 yanğın söndürən maşın cəlb olunub.
İçəridə olan insanların bəzilərini mərkəzin balkonunda, bəzilərini isə üçüncü mərtəbədə saxlayıblar.
Hadisə şahidləri bildirir ki, hadisə yerində xəsarət alanlar var. Hadisə yerinə üç təcili tibbi yardım maşını gəlib.
Ceyhun Ələkbərov
Milli.Az
--------
20:24
Bakının Nəsimi rayonunda, "28 may" metro stansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində yanğın başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət mərkəzində olanlar təxliyə olunub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Milli.Az
---------
21:40
Böyütmək üçün şəkillərə klikləyin.









---------
21:33
Video: Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
---------
21:30

Foto: Milli.Az
---------
21:03


Foto: anspress
---------
20:48





Foto: APA
---------
20:44



Foto: Şəhriyar, Fərruh, Milli.Az
---------
20:35


Foto: Şəhriyar, Fərruh, Milli.Az
---------
20:24


Foto: APA